Mağazadan 9 min manatdan çox pul oğurladı

Mağazadan 9 min manatdan çox pul oğurladı

Bakıda mağazadan xeyli miqdarda pul oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da gecə saatlarında Zabrat qəsəbəsində yerləşən mağazadan açar seçmə yolu ilə 9328 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Eltun Məmişov və Azər Qurbanov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə