Şirvanda 80 yaşlı qadının meyidi tapılıb

Şirvanda 80 yaşlı qadının meyidi tapılıb

Bu gün Şirvan şəhərinin "Bağ evləri" adlanan ərazisində təxminən 80 yaşlı qadın meyidi tapılıb. SİA-nın Aran bürosuna Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, meyid Osmanova Xalidə Mahmud qızına aiddir. Üzərində zorakılıq əlamətləri olan qadının hansı səbəblərdən ölməsi faktını Şirvan şəhər Prokurorluğu araşdırır.

Əldə etdiyimiz məlumata görə, mərhum vaxtilə Şirvan şəhər 10 saylı orta məktəbdə rus dili müəllimi işləyib. Hadisə baş verən zaman isə təqaüdə çıxıbmış. Şirvanda mənzili olan X.Osmanovanın "Bağ evlıri"ndə də həyəti var imiş.

Bütün xəbərlər Facebook səhifəmizdə