35 yaşlı Şirvan sakini Kürdə boğuldu

35 yaşlı Şirvan sakini Kürdə boğuldu

Şirvan şəhərində bədbəxt hadisə baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, saat 15:00 radələrində Şirvan şəhər sakini, Ş.Şükürov küçəsi ev 13 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Həsənov Şövqi Əbil oğlu Kür çayının sahilində, FHN-nin xilas etmə məntəqəsinin qarşısında balıq tutarkən qəflətən qıcolma nəticəsində huşunu itirərək çaya yıxılıb və boğularaq ölüb.

Mərhumun yaxınlarının dediyinə görə, Ş.Həsənov əvvəlldən epilepsiya xəstəliyindən əziyyət çəkirmiş və tez tez qıc olaraq özündən gedirmiş. Mərhum gününü Kür çayında balıq tutmaqla keçirirmiş. Yenicə ailə quran 35 yaşlı Ş.Həsənovun meyidi Kür çayından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə