Lənkəranda bağlı qapı arxasında qalan şəxs xilas edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini FHN-nin Cənub Regional İdarəsinə zəng edərək, şəhərin Zərifə Əliyeva küçəsi, bina 78, mənzil 45-də yaşayan 42 yaşlı qadın bağlı qapı arxasında qaldığını bildirib. Hadisə yerinə Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərək xüsusi xilasetmə alət və avadanlıqlarının köməyi ilə qadın xilas edilib.
Məlum olub ki, mənzildə köməksiz vəziyyətdə qalan İlhamə İbrahimova ruhi xəstədir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB