Lənkəran şəhərində güllələnmə hadisəsi baş verib. Rayonun hüquq- mühafizə orqanlarından SİA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dünən günorta saatlarında şəhərin Həzi Aslanov Xiyabanı 1 saylı binanın 32-ci mənzilində qeydə alınıb. Şəhər sakini 66 yaşlı Fəxrəddin Heydərovu yaxınları yaşadığı mənzildə qarın hissəsində güllə yarası xəsarəti ilə aşkarlayıb. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumat görə, əməliyyat olunan Fəxrəddin Heydərovun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Fəxrəddin Heydərov özünə ov tüfəngi ilə atəş açıb. Ov tüfəngi hüquq mühafizə orqanları tərəfindən maddi subut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmaıardan sonra məlum olacaq.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB