İdarəetməni itirərək aşdı

Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Tərtər-Bərdə yolunun 3-cü kilometrliyində Tərtər rayonunun Bürünc kəndi ərazisində baş verib. Tərtər rayon sakini Ədalət Musayev idarə etdiyi "Opel Vectra" markalı mikroavtobusu idarə edərkən sərt döngəni nəzərə almayıb və nəticədə idarəetməni itirərək aşıb.

Qəza zamanı mikroavtobusda olan 4 nəfər sərnişin, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Tərtər rayon xəstəxanasına, daha sonra isə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Qeyd edək ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə