Bakıda cibgirliklə məşğul olan Sumqayıt şəhərinin 4 sakini tutulub, onlardan 3-ü qadındır. Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov tutulublar.
Şübhəli şəxs M.Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB