Bakıda qəza ölən var

Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmnətindən SİA-ya verilən xəbərə görə, noyabrın 12-də saat 17:00 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Buzovna-Maştağa yolunda 1963-cü il təvəllüdlü Nofəl Qurbanovun idarə etdiyi "Lexus" markalı, 1974-cü il təvəllüdlü İltifat Eyvazovun idarə etdiyi "Mercedes" markalı, və 1954-cü il təvəllüdlü Toğrul İbrahimovun idarə etdiyi Vaz-2106 markalı avtomobillər toqquşmuş, nəticədə T.İbrahimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə