Lənkəranda evində tiryəkxana aşkarlanan şəxs saxlanılıb

Lənkəranda evində tiryəkxana aşkarlanan şəxs saxlanılıb

Bir neçə gün öncə Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Nüvədi kənd sakini, 34 yaşlı Davud Sabir oğlu Musatafayevin yaşadığı evində tiryəkxana kimi istifadə etməsi üzə çıxsa da ev sahibini saxlamaq mümkün olmamışdı. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində Davud Musatafayev həbs edilirək istintaqa təhvil verilib. Dindirilmə zamanı Davud Mustafayevi narkotik vasitələrlə təmin edən şəxsin kimliyi də məlum olub. Bu, Astara rayonun Ərçivan qəsəbə sakini, 36 yaşlı Emil Zərbiyevdir. Əməliyyat zamanı yaxalanan Emil Zərbiyevin üstünə baxış keçirilən zaman ondan 1,3 qram tiryək, 1,4 qram həşiş qətranı və 0,7 qram mariuxana aşkar edilərək götürülüb.

Həmçinin, o da məlum olub ki, saxlanılan hər iki şəxs bundan öncə də məhkumluq həyatı yaşayıb və onların dostluğu da həpsxanadan başlayıb.

Qeyd edək ki,ötən həftə Davud Mustafayevin yaşadığı evdə aşkarlanan tiryəkxanada 3 narkotik istifadəçisi və küllli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürlümüşdü. Faktla bağlı cinayət məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi açılıb araşdırmalar davam etdirilir.

Sərraf Mirsəfəroğu

Bütün xəbərlər Facebook səhifəmizdə