Dənizdə iki nəfər köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində sahildən 8 km aralıda 2 nəfər balıqçı, qayığın yanacağının bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş FHN-in dalğıc-xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB