Bakıda dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi, Post Patrul Xidməti Bölüyü və 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 5 qadın və 5 azyaşlı saxlanılaraq barələrində inzibati protokol tərtib olunub. Onlar yaşadıqları rayonlara göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB