2 avtomobil yandı

Bakı şəhəri Suraxanı rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış VAZ markalı minik avtomobilinin arxa hissəsi əriyib. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə