Mənzildə yanğın olub 3 nəfər təxliyyə olundu

Mənzildə yanğın olub 3 nəfər təxliyyə olundu

Bakıda mənzildə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin arakəsmə divarı 6 kv.m sahədə, tavan və dam örtüyü 14 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə