6000 manatı oğurlayan şəxs qadın imiş

6000 manatı oğurlayan şəxs qadın imiş

"BMW" markalı avtomobildən külli miqdarda pul götürən şəxs qadın imiş. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 8-də, saat 01:30 radələrində Baksol yolunda yerləşən moteldə, Bakı şəhər sakini Vasif Nəsibovun cibindən 150 manat və ona məxsus "BMW" markalı avtomobildən 6000 manat nağd pulu gizli yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1994-cü il təvəlüdlü Fəridə Mirzəyeva tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə