Bakıda bəzi evləri su basıb

Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə müvafiq köməklik göstərilib.

Həmçinin Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə