Qubanın Amsarqışlaq kəndində yanğın hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yanğın ahıska türkü olan 75 yaşlı Lütviyyə Fərhadovanın evində baş verib. Onun bir mərtəbəli 40 kv metr evi əşyaları ilə birgə yanıb. Lütviyyə Fərhadova odun sobasını alışdırdıqdan sonra qonşuya gedib. Bir müddət sonra qonşular evin yandığını ev sahibinə xəbər veriblər.
Yanan evi ilk olaraq qonşular söndürüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını yanğının böyüməsinə imkan verməyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB