64 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb

64 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb

Oktyabrın 30-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 64 cinayət faktından 31-nin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 41 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə