Bərdədə silahlı insident baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 37 yaşlı Ramin İsgəndərov keçmiş həyat yoldaşının əmisi, 69 yaşlı Qədir Paşayev tərəfindən tüfənglə güllələnib. Yaşlı kişinin açdığı güllələr Raminin boynundan və kürək nahiyyəsindən dəyib. Yaxınlarının köməyilə o, mərkəzi rayon xəstəxanasına çatdırılılıb. Yaralının vəziyyəti orta ağırdır .
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar aparılır .
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB