Yüksək sürət yenə can aldı FOTO

Yüksək sürət yenə can aldı FOTO

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "VAZ-21012" markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb. Bir neçə dəfə aşan avtomobil ağaca çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü 32 yaşlı Ehtiram Cəfərov dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ilə bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə