Bakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar.
Araşdırmalarla müəyyən edilib ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını bağlayıb, mağazanın müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20 000 manat olan seyfi, kompyuter və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb "Mercedes" markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB