Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 23-də Bakı şəhər sakini Ülvü Cəfərov bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Hafiz Babayev saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB