FHN itkin düşən balıqçıları axtarır

FHN itkin düşən balıqçıları axtarır

Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıları tapmaq hələlik mümkün olmayıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Axtarışlar barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqda Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə