Daxili İşlər Nazirliyi Gəncədə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də Gəncə sakini, əvvəllər məhkum olunmuş Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədildiyi müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB