Quldurluq edən 3 qadın tutuldu

Bakıda quldurluq edən şəxslər tutulublar. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də Nəsimi rayonunun Bülbül prospektində şəxsiyyəti məlum olmayan şəxslər Bakı şəhər sakini Nigar Zərgərlinin çantasını açıq talama yolu ilə almağa cəhd ediblər, habelə paytaxt sakini Məhbubə Əliyevanı döyüblər.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Rasimə Abdullayeva, Məleykə Bəkirova və Gəncə şəhər sakini Gülnarə Abbasova saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə