Astarada işlək vəziyyətdə olan tank əleyhinə raket kompleksi aşkarlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ötən gün Sərhəd Qoşunlarının əsgərləri tərəfindən Astara rayonunun Kələdəhnə kəndi ərazisində, Xəzər dənizinin sahilində sovet dövründən qalma 1 ədəd "Faqot" tipli tank əleyhinə raket kompleksi tapılıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Sərhəd və Daxili Qoşunların əməkdaşları cəlb olunublar.
Baxış keçirilərkən kompleksin içərisində bir ədəd mərmi də aşkar edilib. Əməliyyat tədbirləri qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb. Daha sonra müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə xüsusi qaydalara riayət edilməklə raket kompleksi zərərsizləşdirilib.
Qeyd edək ki aşkarlanan tank əleyhinə idarə olunan raket kompleksi döyüş texnikalarının məhv edilməsi üçün nəzərdə tutulub. Rusiya istehsalı olan bu döyüş texnikası işlək vəziyyətdə olduğundan tehlükəli hesab edilir.
Sərraf Mirsəfəroğlu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB