Bilgəh qəsəbəsində iki avtomobilin toqquşması yolun kənarında dayanan vətəndaşın ölümünə səbəb olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 19 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində Bakı şəhər sakini Mehdiməhəmməd Məmmədovun idarə etdiyi "MG" və Qobustan rayon sakini Kamran Zülfüqarovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub, idarəetmən itirmiş K.Zülfüqarov yolun kənarında dayanmış qəsəbə sakini Zakir Əmirovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB