Ev partladı 2 nəfər xəsarət aldı

Ev partladı 2 nəfər xəsarət aldı

Bərdədə evdə partlayış olub, iki nəfər xəsarət alıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Kətəlparaq kəndində vətandaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnməyən partlayış hadisəsi baş verib.

Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb və pəncərə şüşələri qırılıb.

Partlayış zamanı 2 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə