Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 13-ü saat 21 radələrində Seyid Əzim Şirvani küçəsində naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi "Daewoo" markalı avtobusla birlikdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB