Baş Prokurorluq uşaq ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq uşaq ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Bakıda baş verən uşaq ölümü ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Körpələr Evinin qarşısında yeni doğulmuş qız uşağının aşkarlanması, ona orada təcili tibbi yardım həkimləri tərəfindən müvafiq yardım göstərilməsinə baxmayaraq orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə