Rusiyada saxtakarlığa görə axtarışda olan azərbaycanlı saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Mahir Məmmədov saxlanılıb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, M.Məmmmədov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi (rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama, satma) ilə axtarış elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB