Arvadını bıçaqlayan ər polisə təhvil verildi RƏSMİ

Arvadını bıçaqlayan ər polisə təhvil verildi RƏSMİ

Arvadını bıçaqla qətlə yetirmiş Şirvan şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 20-də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Əhmədov münaqişə zəminində orada tibb bacısı işləyən arvadı Bacıxanımı bıçaqla qətlə yetirib.

İ.Əhmədov Hacıqabul Rayon Mühafizə Bölməsinin əməkdaşı tərəfindən saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə