Futbolçu qol sevincini qeyd edərkən öldü VİDEO

Futbolçu qol sevincini qeyd edərkən öldü VİDEO

Hindistanda futbol matçında faciəvi anlar yaşanıb. Belə ki, qol sevincini qeyd edən oyunçunun hərəkətləri onun ölümü ilə nəticələnib.

Bethlehem Vengthlang və Chanmari West qarşılaşmasının 62-ci dəqiqəsində Bethlehem Vengthlang klubunun atdığı qoldan sonra klubun futbolçusu Peter Biaksangzuala Miroslav Klosenin etdiyi akrobatik hərəkəti təkrar etməyə cəhd edib. Lakin hərəkəti uğursuzluqla icra edən 23 yaşlı futbolçunun başını meydançaya dəyib. Hadisədən sonra Biaksangzuala xəstəxanaya aparılıb. Lakin onurğa beynini zədələyən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Ölümlə nəticələnən görüntünün yer aldığı hissəni videonun 2:22 dəqiqəsindən izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə