Hacıqabulda elektrik xəttinin qırılması nəticəsində avtomobil yanıb, iki nəfər isə ölüb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonunun Pirsaat kəndi ərazisində baş verib. Belə ki, Hacıqabul rayon sakini 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu idarə etdiyi " VAZ" 2106 markalı avtomobillə hərəkətdə olarkən qırılıb yerə düşmüş elektrik naqilinə toxunub. Elektrik naqilindən avtomobilə gərginlik keçib. Avtomobildən düşmək istəyən sürücünü cərəyan vurub. Sürücünün həyat yoldaşı Abdullayeva Seyran Ayaz qızı avtomobildən düşmək istəsədə, avtomobil alışıb yanıb. O, avtombildə yanaraq külə dönüb.
İqbal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB