Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 16-da Xızı rayonunun Yeni Yaşma kəndində qeydə alınıb. Yardımçı təsərrüfat tikintisi zamanı Bakı şəhər sakini Nazim Bayramov hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən N.Bayramov orada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB