22 yaşlı qız dəm qazından boğuldu

22 yaşlı qız dəm qazından boğuldu

Bakıda 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Nəsimi Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Həsən Seyidbəyli küçəsi 32, mənzil 21 ünvanında qeydə alınıb. Bakı şəhər sakini,1992-ci il təvəllüdlü Aysel Faiq qızı Mamıyeva hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə