1 nəfər kanalda batıb

Samur-Abşeron kanalında bir nəfərin batdığı ehtimal olunur. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 1nəfərin batdığı ehtimal olunur.

FHN-in dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıblar. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə