Gün ərzində 67 cinayət faktı qeydə alınıb

Gün ərzində 67 cinayət faktı qeydə alınıb

Oktyabrın 13-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 67 cinayət faktından 22-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 33 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə