Hacıqabul rayonu ərazisində 2 ton 833 kiloqramdan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib. SİA-nın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumatda bildirilir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində rayonunun Abdulabad və Ağacanlı kəndləri ərazisində 3094 ədəd, ümumi çəkisi 2 ton 833 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Kollar yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB