Həyat yoldaşı tərəfindən bıçaqlandı FOTO

Həyat yoldaşı tərəfindən bıçaqlandı FOTO

Ötən gün axşam saatlarında Gəncə şəhər Kəpəz rayon inzibati ərazi vahidliyinə daxil olan Hacıkənd qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Sumqayıt şəhər sakini 30 yaşlı Pərviz Musayev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zərəçəkən dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin bildirdiklərinə görə, Pərviz Musayev ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə