Sabirabadda tövlə yanıb

Sabirabadda tövlə yanıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə