Bakıda oğurluq edən iki nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 1-dən 3-nə qədər, Puta qəsəbəsi ərazisində yerləşən "Aztelekom" İstehsalat Birliyinə məxsus 700 metr uzunluğunda magistral rabitə kabeli oğurlanıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - 1953-cü il təvəllüdlü Şamoy Məhərrəmov və 1960-cı il təvəllüdlü Məhəmməd Allahverdiyev tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB