34 cinayət faktı “isti izlər”lə açılıb

34 cinayət faktı “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 34-ü "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə