Bakıda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə axtarışda olan Yasəf Mehdiyev tutulub.
Ondan "Beretta-92" markalı tapança, 2 ədəd patron, 1 ədəd beşbarmaq və 43,164 qram tiryək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB