Şəmkirdəki qətlin təfərrüatları

Şəmkirdəki qətlin təfərrüatları

Oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.
SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.İmanovun qohumu Mirnazir Allahverənov tərəfindən törədilməsi müəyyən edilib.

Hadisə yerində "Tula" markalı ov tüfəngi aşkar edilərək götürülüb. Şəmkir RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə