Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Elçin Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili səkiyə vuraraq aşırıb. Nəticədə özü hadisə yerində ölüb, avtomobildəki sərnişin, 1983-cü il təvəllüdlü Qoşqar Quliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB