"Azenerjı" ASC-yə məxsus transformator yanıb

"Azenerjı" ASC-yə məxsus transformator yanıb

Bu gün Daşkəsən rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb. "Azenerjı" ASC-yə məxsus gücü 250 kVt olan transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə