Şəmkir sakinini gülləyən şəxsin kimliyi məlum oldu FOTO

Şəmkir sakinini gülləyən şəxsin kimliyi məlum oldu FOTO

Şəmkirdə bir müddət öncə baş verən qətl hadisəsinin üstü açılıb. Şəmkir rayon Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 55 yaşlı Rəşid İmanov sentyabrın 29-da qeyri-rəsmi nikahda yaşadığı Gülmira Abdullayevanın qardaşı Qazaxıstan Respublikası vətəndaşı Mirəzim Allahverənov tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi məlum olub.

Qeyd edək ki, hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə