Qubada 5 nəfər avtoxuliqan saxlanılıb. Saxlanılan şəxslər toy karvanı ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozublar. Qayda pozan sürücüləri isə Qubada şəhərindəki küçələrdə quraşdırılmış müşahidə kameraları qeydə alıb.
Qayda pozan sürücülərdən biri Quba rayon sakini Cabir Babayevdir. Tutduğu əməlindən peşman olduğunu bidirən sürücü digər həmkarlarına yol hərəkəti qaydalarını pozmamağı, sürət həddini aşmamağı tövsiyyə etdi.
Quba DYPB əməkdaşları hər 5 sürücünün idarə etdikləri avtomobilləri cərimə meydançasına aparıblar. Və həmin sürcülər barəsində 296.1 - avtoxuliqan maddəsi ilə protokol tərtib edilərək Quba Rayon Prokrorluğuna göndərilib. Quba Rayon Polis Şöbəsinin DY-nin təbliğat inspektoru polis mayoru Azad Əsədov aftoxuliqanlara qarşı daim reydlərin keçirildiyini qeyd edib və onları bu yoldan əl çəkmələrini bildirib.
Qeyd edək ki, Qubada 2014-cü ilin 9 ayı ərzində 5 belə fakt qeydə alınıb. Hazirda fakt araşdırılır.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB