Goranboyda qəza ölən və yaralılar var

Goranboyda qəza ölən və yaralılar var

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi öıümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 30-da saat 09 radələrində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə