Bakıda seyfdən 7600 manat oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 25-nə keçən gecə Qızıldaş qəsəbəsində yerləşən ofisində, Mustafa Cabbarovun iş otağındakı seyfdən 7600 manat oğurlanıb.
Qaradağ RPİ 38-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Zahir Quliyev yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB